17 May 2022 09:50
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dünya liderləri ilə danışıqlarda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün vaxtının hələ çatmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib.

O, Kremlin Zelenski ilə danışıqlarda mövqeyini gücləndirmək üçün hələ də cəbhədə qələbə qazanacağına ümid etdiyini söyləyib.

“Çox yaxşı bilirik ki, bir neçə lider və dövlət Prezident Putinə danışıqlar masası arxasına əyləşmək üçün müraciət edib. Amma təəssüf ki, o, hələ buna hazır deyil, üstəlik, bəzi liderlərə deyib ki, hələ vaxt çatmayıb”, - Jovkva vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu