18 May 2022 08:05
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün şərtlərini irəli sürüb. Şərtlərdən biri F-35 qırıcılarının Türkiyəyə verilməsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırıb.

Ankaranın digər şərti İsveç və Finlandiyanın PKK-ya qarşı ortaya açıq mövqe qoymalarıdır.

Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər