19 May 2022 11:06
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Corc Buşun Dallasda qatıldığı tədbirdəki çıxışındakı dil sürüşməsi qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Teleqraf.com xəbər verir ki, 2003-cü ildə İraqa müharibə elan edən Buş çıxışında Rusiyanın Ukraynaya hücumlarına reaksiya verib və bir cümləsində Ukrayna yerinə “İraq” dedikdə zalda maraqlı anlar yaşanıb.

Sabiq prezident çıxışında deyib:

“Bütün bunların nəticəsi Rusiyada balans və nəzarətin olmaması, bir nəfərin İraqı tamamilə qeyri-qanuni və amansızcasına işğal etmək qərarı oldu”.

O, öz səhvini anlayanda zala xitab edərək, “Ukraynanı nəzərdə tuturam” deyərək yanlışını düzəldib. Bundan sonra çıxışında “İraqı da... hər halda” sözü ilə davam edən Buşun İraq vurğusu zalda gülüş yaradıb.

Buşun videosu qısa müddətdə sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Bir çoxları İraqı işğal edən Buşun şüuraltındakı sözlərinin onun çıxışına əks olunduğunu deyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər