Mariupolda ruslar tərəfindən ələ keçirilən tibb bacısı “Tira”nın çəkdiyi şok görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, “Tira” kimi tanınan Yuliya Paevskaya Mariupolda müharibənin ilk dövrünü lentə alıb.
Görüntüləri beynəlxalq mətbuat yayıb. Qeyd olunur ki, Yuliya kadrları jurnalistlərə ötürdükdən sonra Mariupolda ruslar tərəfindən əsir götürülüb.
“Sizə verilən diskdə bu günə qədər olanlar, yaralılar haqqında məlumatlar var”, - videonun müəllifi onu köçürməzdən əvvəl deyib.
Videoda yaralıların xilas edilməsi anlarını və Mariupolun düşmən tərəfindən atəşə tutulmasının nəticələrini görə bilərsiniz. Rus əsgərlərinin əsir götürülməsinin görüntüləri də var.
Yuliya təxminən martın ayının ortalarında ələ keçirilib. Ruslar onu “Azov iştirakçısı” adlandırır.