20 May 2022 17:58
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyinin yayılmasını müzakirə etmək üçün mütəxəssislərin fövqəladə iclasını çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, iclasın əsas mövzuları xəstəliyin ötürülmə yolları, onun geylər və biseksuallar arasında yayılması, həmçinin vaksinlərlə bağlı vəziyyət olacaq.

Xəstəlik artıq Böyük Britaniya, İspaniya, Belçika, Fransa, İsveç, İtaliya, Avstraliya və Kanada da daxil olmaqla bir sıra ölkələrdə aşkarlanıb.

Meymun çiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da yayıla bilir. Adətən yüngül keçir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər. Mütəxəssislər vurğulayırlar ki, meymun çiçəyi cinsi yolla ötürülən infeksiya hesab edilmir, ancaq yoluxmuş şəxslə yaxın təmas zamanı yayıla bilər.

Xəstəliyin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və halsızlıq daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi inkişaf edə bilər. O, dəyişir və sonradan keçən qaşınma əmələ gəlməzdən əvvəl müxtəlif mərhələlərdən keçir.


Müəllif: Səxavət

Oxşar xəbərlər