20 May 2022 23:37
2 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azov" bölüyünün komandirinin müavini Svyatoslav Palamar Kalina əmrə uyğun olaraq Mariupoldakı Azovstal zavodunun ərazisini tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Birinci Kanalın müharibə müxbiri İrina Kuksenkova Telegram kanalında bildirib.

Kuksenkova iddia edir ki, Palamar şəxsi pulemyotunu və tapançasını təhvil verib.

"Azov" komandiri Denis Prokopenkonun da “Azovstal”ı tərk etdiyi də bildirilir. Ukrayna hələlik bu məlumatı təsdiqləməyib.

Bundan əvvəl Rusiya mətbuatı 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınskinin Azovstalı tərk etdiyi barədə məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər