21 May 2022 15:41
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xodorkovski və Kasparov siyasi fəaliyyətə görə Rusiyada xarici agentlər siyahısına salınıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi şahmatçı Harri Kasparov və iş adamı Mixail Xodorkovskini xarici agentlər reyestrinə daxil edib.

Rusiyada fəaliyyəti qadağan edilən “Meduza” xəbər verir ki, Xodorkovski və Kasparov siyasi fəaliyyətə görə xarici agentlər siyahısına daxil edilib.

Rusiya Ədliyyə Nazirliyi Xodorkovskini Ukrayna ilə, Kasparovu isə Ukrayna və İnsan Haqları Fondu ilə əlaqələndirib.

Xatırladaq ki, daha əvvəl xarici agentlər siyahısına reper Əlişir Morqenştern də düşüb.

Hazırdaxarici agentlər siyahısında yeddi nəfərin adı var: Xodorkovski, Kasparov, aparıcı Yevgeni Kiselev, jurnalist Matvey Qanapolski, Aleksey Navalnının həmkarı Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern.


Müəllif: Nemət