Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri və Helsinkinin NATO-ya üzvlüklə bağlı müraciətini müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, NATO üzrə müttəfiqlər üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymamaq dostluq və tərəfdaşlıq ruhuna ziddir.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyinə və əhalisinə açıq təhdidlərə qarşı qətiyyətli və qanuni mübarizəsinə hörmət etməyə çağırıb.
Onun sözlərinə görə, Ankaranın bu məsələdə dəstək gözləməyə haqqı var.