Səudiyyə Ərəbistanında son bir neçə həftədə COVID-19-a yoluxma hallarının artmasından sonra yeni tədbirlər qəbul edilib.
Teleqraf.com xəbər verir ki, ölkə vətəndaşlarına Türkiyə də daxil olmaqla 16 ölkəyə səyahət etmək qadağan olunub.
Siyahıya Türkiyədən başqa, Hindistan, Livan, Suriya, İran, Əfqanıstan, Yəmən, Somali, Efiopiya, Konqo, Liviya, İndoneziya, Vyetnam, Ermənistan, Belarus və Venesuela daxildir.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi dünyada sürətlə yayılmağa davam edən meymunçiçəyi virusunun bu günə qədər ölkədə aşkarlanmadığını açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi ilə bağlı verdiyi son açıqlamada 11 ölkədə 80 yoluxmanın aşkar edildiyi və virusun qarşısının alınması ilə bağlı işlərin davam etdiyi bildirilib.