26 May 2022 12:37
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) simvollarından olan Gentil Duartenin Venesueladakı qarşıdurmada öldürüldüyü bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiyanın müdafiə naziri Dieqo Molano açıqlama verib.

Nazir Duartenin ən çox axtarılan cinayətkarlardan biri olduğunu deyib: “Aldığımız kəşfiyyat məlumatı Gentil Duartenin Venesuelanın Zulia əyalətindəki qarşıdurmada öldüyünü ortaya qoyur”.

Yerli mətbuatın məlumatına görə, Duarte narkotik ticarəti ilə məşğul olan qruplarla qarşıdurmada həlak olub.

FARC-ın keçmiş komandiri, 2016-cı ilin noyabrında hökumətlə sülh sazişi imzalayan Duarte 2019-cu ildə silahlı mübarizəyə qayıtmaq çağırışına qoşulub. Bundan sonra hökumətlə sülh danışıqlarından imtina edən Duarte 2016-cı ildə FARC komandanlığı tərəfindən ölkədən çıxarılıb.

Duarte Kubanın paytaxtı Havanada davam edən sülh danışıqlarında dialoq masasında yer alıb. Danışıqlardan geri çəkilən ilk FARC komandirlərindən biri olan Duarte FARC-ı qruplaşmalar şəklində yenidən təşkil etmək və bir “çətir” altında toplamaq istəyib.

FARC-ın önəmli isimlərindən biri, əsl adı Seuksis Pausias Ernandes Solarte olan 53 yaşlı Santrix 2021-ci il mayın 17-də Kolumbiya ordusu komandolarının keçirdiyi əməliyyatda həlak olub.

2016-cı ilin noyabrında Kolumbiyada hökumətlə sülh sazişi imzalayan FARC-ın keçmiş komandirlərindən biri olan Santrix 2019-cu ildə silahlı mübarizəyə qayıtmağa çağırış etmişdi.

48 milyondan çox əhalisi olan Kolumbiyada yarım əsrdən çoxdur davam edən silahlı qarşıdurmalar 260 minə yaxın insanın ölümünə, 6 milyondan çox insanın köçkün düşməsinə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər