26 May 2022 16:55
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər hansı sülh nizamlanmasının şərtləri Rusiya Prezidenti Vladimir Putin tərəfindən diktə edilməməlidir. Almaniya kimi Ukrayna da bunu qəbul etməyəcək.

Teleqraf.com xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Onun fikrincə, diktə altında sülh olmayacaq:

“Putin yalnız Ukraynanın müdafiəsini yara bilməyəcəyini başa düşdükdə sülh danışıqlarını ciddi şəkildə aparacaq”.

Mayın 17-də Ukrayna Prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Kiyev və Moskva arasında danışıqların Ukrayna tərəfinin təşəbbüsü ilə dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, Rusiya hələ də öz stereotip düşüncəsində qalır və hərbi əməliyyatların onun qaydalarına və planlarına uyğun getmədiyini dərk etmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər