İyunun 1-dən Krakovda ukraynalı qaçqınların ictimai nəqliyyatda pulsuz hərəkət hüququna xitam verilir.
Teleqraf.com xəbər verir ki, bu barədə RMF radiostansiyası məlumat yayıb.
Məlumata görə, bu hüquq qaçqınlara müvəqqəti olaraq sənədləşmə, iş axtarışı və yardım yerinə çatmaq üçün verilmişdi.
Ukraynadan olan qaçqınlar fevralın 24-dən etibarən pulsuz hərəkət imkanından istifadə edə bilirdilər. Krakovdan qonşu şəhərlərə də gediş haqqı ödəmədən getmək olardı.
Bundan əvvəl Polşa hökumətinin ukraynalı qaçqınlar məsələləri üzrə nümayəndəsi, Polşa daxili işlər nazirinin müavini Pavel Şefernaker ölkəsinin Ukraynadan olan qaçqınların qəbuluna ayırdığı vəsaitin 95%-ni xərclədiyini bildirmişdi.