27 May 2022 01:13
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Xarkov vilayətini atəşə tutub. Nəticədə biri beş aylıq körpə olmaqla 8 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko feysbuk səhifəsində bildirib.

Klımenkonun sözlərinə görə, bugünkü atəş nəticəsində daha 17 nəfər yaralanıb.

Ukraynanın Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb. Rusiyanın hücumları nəticəsində 676 uşaq müxtəlif dərəcəli xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər