27 May 2022 01:26
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın sabiq futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı tanınmış teleşərhçi Aleksey Andronov özünün şəxsi teleqram kanalında yazıb.

O bildirib ki, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə "Qarabağ"ın formasını geyinib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər