Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ-ın qətnamə layihəsinə veto qoyublar.
Teleqraf.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının digər üzvləri qətnamənin lehinə səs veriblər.
Amerika təqdim etdiyi təşəbbüs Pxenyanın martın 24-də qitələrarası ballistik raket buraxmasını, eləcə də digər raket sınaqlarını pisləməkdən ibarətdir.
Layihə KXDR-ə xam neft və emal olunmuş məhsulların tədarükünün azaldılmasını nəzərdə tuturdu.