İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ukraynadakı müharibəyə görə ABŞ və NATO-nu ittiham edib.
Teleqraf.com xəbər verir ki, nazir rəsmi Tehranın Ukraynadakı müharibəsini ən yüksək səviyyədə qınadığını deyib.
“Ukrayna ilə yanaşı, Əfqanıstan, İraq, Yəmən və Fələstinə qarşı müharibələri də doğru hesab etmirik”, - Abdullahiyan bildirib.
İranlı nazir ABŞ və NATO-nun bölgədə təxribat xarakterli fəaliyyətlə məşğul olduğunu iddia edib və Ukraynaya işğalçı hücum edən Rusiyanı ittihamdan kənarda saxlayıb:
“Bu müharibənin məsuliyyəti Kremli regiona qüvvə yerləşdirməyə və hərbi mövcudluğunu artırmağa təhrik edən ABŞ və NATO-dur. “ABŞ və NATO-nun bu təxribatının nəticəsi müharibə olmalı idimi” sualı verilsə, biz dialoq və siyasi danışıqların tərəfdarıyıq, birlikdə çalışmalıyıq”.