Yunanıstan və Cənubi Kipr Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəkləyir, amma sürətləndirilmiş üzvlüyə qarşıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Euractiv” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Yunanıstan Xarici İşlər Nazirliyindən nəşrə bildirilib ki, AB müqaviləsinin 49-cu maddəsində nəzərdə tutulan bütün prosedurlara riayət etmək lazımdır.
Yunanıstanın iyunda Ukraynaya namizəd statusunun verilməsinə razı olub-olmayacağı ilə bağlı sualı cavablandıran rəsmi mənbə deyib ki, Afina ilk olaraq Avropa Komissiyasının təklifini görmək istəyir.
Cənubi Kiprə gəlincə, bu ölkənin rəsmiləri söyləyiblər ki, əvvəlcə komissiyanın rəyinin hansı istiqamətdə gedəcəyini görmək lazımdır. Müsbət olarsa, Cənubi Kipr Ukraynaya namizəd statusunun verilməsi təklifi ilə razılaşacaq. Eyni zamanda, mənbə əlavə edib ki, bütün müvafiq prosedurlara ciddi əməl edilməlidir, ona görə də üzvlük prosesi uzun çəkəcək.