Rusiya Avropanı vurmaq üçün nüvə silahlarını Belarusda yerləşdirməyi planlaşdırır. Rusiya Ukrayna, Litva və ya Polşaya nüvə zərbələr endirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı tarixçi Yuri Felştinski deyib.
Tarixçinin fikrincə, Moskva nüvə silahlarını Belarusa ötürməyə başlayanda NATO ölkələri termonüvə ssenarisinin qarşısını almaq üçün var gücü ilə Rusiya-Ukrayna müharibəsinə girməyə məcbur olacaqlar.
“Düşünürəm ki, Belarusun indiyədək ilhaq edilməməsinin səbəbi bu ölkənin hüquqi səviyyədə ələ keçirilməməsi ilə bağlıdır. Putin Belarusa nüvə silahını ötürmək və buradan Avropaya nüvə hücumu həyata keçirmək üçün Belarusu formal müstəqil dövlət kimi qəbul edir. Bununla ona ümid edir ki, cavab zərbələri Rusiyaya deyil, yalnız Belarusa endiriləcək. Amma cavab zərbələri endirmək də çox çətin olacaq, çünki Belarus Avropanın içindədir”, - Felştinski vurğulayıb.