29 May 2022 17:04
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətləri var. Hesab edirəm ki, müharibə Rusiya ilə Türkiyə arasındakı münasibətlərə xələl gətirməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu israilli siyasi analitik Hay Eytan Koen Yanaroçak “Star” qəzetinə müsahibəsində deyib.

Finlandiya və İsveçin NATO-ya üzvlüyünə toxunan Yanaroçak iki ölkəni Suriyanın şimalında yerləşən “Suriya Demokratik Qüvvələri” (YPG/PYD terror təşkilatı) ilə bağlı siyasətlərini dəyişməyə inandırmasının Türkiyə üçün böyük qazanc olacağını bildirib.

Eyni zamanda, israilli ekspert Şərqi Aralıq dənizi ilə bağlı beynəlxalq enerji layihəsi – “East Med”in Türkiyənin əməkdaşlığı olmadan reallaşa bilməyəcəyini hamının bildiyini qeyd edib:

“Boru kəməri Kipr və İsraildən təbii qazı Yunanıstana daşımaq üçün nəzərdə tutulub. Amma görünən odur ki, Türkiyə də oyuna daxil edilməlidir. Şərqi Aralıq dənizi bu ölkələri bölmək əvəzinə birləşdirə bilər. Bu baxımdan Yunan Kipri, İsrail, Yunanıstan, Türkiyə və Misir əməkdaşlıq etməli və Şərqi Aralıq dənizinin təbii sərvətlərinin xarici şirkətlərə istismarı üçün ortaq lisenziyalar verməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər