29 May 2022 22:36
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti həbsdə olan çeçenləri vaxtından əvvəl azadlığa buraxaraq Ukraynaya qarşı müharibəyə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin döyüşən çeçenlərlə bağlı dərc etdiyi siyahıda olanların azı 100 nəfəri məhkum olub.

Məlum olub ki, 953 çeçen döyüşçüdən azı 101 nəfərinin barəsində cinayət işi var.

Məsələn, dəfələrlə məhkum olunmuş Bexan Taysumovun cəzasını 2022-ci ilin sonuna qədər həbsdə çəkməli idi, lakin o, Ukrayna ərazisində döyüşür.

Digər məhbus Tamerlan Maqamerzuev 2022-ci ilin martında məcburi əmək cəzası alıb, lakin cəzasının icrasına qədər Rusiya Federasiyasının sərhədlərini keçmək hüququ olmasa da, cəzalandırılmaq əvəzinə döyüşə çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər