Türkiyə müdafiə naziri Hulusi Akar BƏƏ-dən olan həmkarı Məhəmməd bin Əhməd əl-Bovardi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Akar ilk olaraq rəsmi səfər çərçivəsində Əbu-Dabidə Müdafiə Nazirliyinə gedib.
Əl-Bovardi tərəfindən qarşılanan Akarla görüş zamanı ikitərəfli və regional məsələlər, o cümlədən hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
BƏƏ Silahlı Qüvvələrinin baş qərargah rəisinin də iştirak etdiyi görüşə Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer də qatılıb.
Bu, son 15-də ildə Türkiyədən müdafiə naziri səviyyəsində BƏƏ-yə ilk rəsmi səfəridir.