Bu gün saat 11:00-da erməni müxalifəti İrəvandakı Fransa meydanına toplaşacaq.
Teleqraf.com xəbər verir ki, erməni revanşist qüvvələrinin qurduğu Müqavimət Hərəkatı tərəfdarları meydandan hökumət binalarına yürüş etməyə, Azərbaycanla aparılan danışıqlarla bağlı hökumət üzvlərindən məlumat almağa çalışacaqlar.
Axşam saat 19:00-da isə müxalifət yenidən Fransa meydanına toplaşaraq mitinq keçirəcək.
Qeyd edək ki, dünən erməni müxalifətinin 11 tərəfdarı saxlanılıb, bir neçə deputat döyülüb.