"Neftin qiymətinin düşməsini müəyyən mənada əvvəlcədən proqnozlaşdırırdıq. Bu mənada, OPEK-in Vyanada keçirilən görüşündə neftin hasilat kvotasını azaltmamaq barədə qərarı və bunun neftin qiymətinə təsiri bizim üçün gözləniləndir”.
RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransanın neft şirkəti “Total”ın prezidenti Tierri Demarre ilə görüşdə söyləyib.
"Hesab edirəm ki, gözlənilməz heç nə baş verməyib və bu, sizin üçün də belədir. Biz OPEK ölkələri qrupunun iclasında iştirak edirdik. Bizim üçün lap əvvəldən məlum idi ki, OPEK-in qərarı neftin qiymətlərində özünü göstərəcək”, - Rusiya prezidenti deyib.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) Vyanada keçirilən 166-cı iclasında neftin hasilat kvotasını sutkada 30 milyon barel səviyyəsində saxlayacağını bəyan edib. Qərardan sonra neftin bir barrelinin qiyməti 70 dollardan da aşağı düşüb.