Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan İŞİD terror qruplaşmasının təmamilə məhv edilməsi üçün təkliflər irəli sürüb.
Ərdoğan IV Türk-Britaniya forumundakı çıxışında bildirib ki, aviazərbələr yerüstü əməliyyatla müşayiət olunmayacaqsa İŞİD-i dayandırmaq mümkün olmayacaq.
"İŞİD hazırda İraqın 40 faiz ərazisini öz nəzarəti altında saxlayır. Suriyada da eyni vəziyyət müşahidə edilir. Bu işğalı dayandırmaq üçün təkcə aviazərbələr kifayət deyil. Eyni anda yerüstü əməliyyatlar keçirilməlidir." -deyib Ərdoğan.
Ərdoğan onu da əlavə edib ki, yerüstü əməliyyat artıq hazırlanıb./anspress/