Türkiyənin Qaziantep şəhərində İŞİD-ə etiraz etmək məqsədiylə toplaşan üzü maskalı qrup üzvləri zibil konteynerlerini aşıraraq, polisə fişəng, "Molotov kokteyli" və daş atıb. Xəbərdarlıqlara baxmayaraq, dağılmayan qrupu polis, təzyiqli su və bibər qazıyla müdaxilə edərək dağıdıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İŞİD-in, Suriyanın Kobani şəhərinə hücumlarına etiraz etmək bəhanəsiylə icazəsiz nümayiş keçirən 150 nəfərlik qrup axşam saatlarında Bəybaxça və Vətən məhəllələrində toplaşıb.
Polis üzlərini gizləyən, əksəriyyəti uşaqlardan ibarət qrupa dağılışmaları barədə xəbərdarlıq rdib. Edilən xəbərdarlıqlara əhəmiyyət verməyən qrup üzvləri zibil konteynerlerini devirib və yandırıb, polisə daş, "Molotof kokteyli" atıb, atəşfəşanlıq edib.
Polis təzyiqli su və bibər qazıyla aksiyaya müdaxilə edib. Müdaxilənin ardından qrupdakılar ara küçələrə dağılışıb. Polis bölgədə təhlükəsizlik tədbirlərini artırıb.
Nihad