Çin Tailanddakı qaçqın uyğurlara sahib çıxan Türkiyəni təhdid edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Şərqi Türküstanda terror həyata keçirən Çin Türkiyəni sözlərinə və əməllərinə diqqət etməyə çağırıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun uyğur qaçqınlarının Türkiyədə yerləşdirilməsi ilə bağlı dediyi sözlər Çinin qəzəbinə səbəb olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying verdiyi açıqlamada bildirib ki, bu məsələnin digər ölkələrə aidiyyatı yoxdur: “Bu məsələ Çin ilə Tailand arasındakı problemdir və digər ölkələr buna qarışmamalıdır, dedikləri sözlərə və etdiklərinə diqqət etməlidir”.
Samir