6 İyul 2022 10:01
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədi onun suverenliyinə son qoymaq və siyasi hakimiyyəti dəyişməkdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər.

İddiaya görə, Rusiyanın Ukraynaya təcavüzünün əsas məqsədi kimi hakimiyyətin dəyişdirilməsi və bu dövlətin suverenliyinə son qoymaq olaraq qalır.

Analitiklər Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Prezident Vladimir Putinin Ukraynadakı “xüsusi əməliyyat”la bağlı fikirlərini təkrarladığını deyiblər. Patruşev məqsədin hakimiyyət dəyişikliyi və Donbasdan kənarda yeni ərazilərin ələ keçirilməsi olduğunu söyləyib.

Bundan əlavə, ISW qeyd edib ki, Rusiya hakimiyyəti canlı qüvvə itkisini kompensasiya etmək üçün işğal olunmuş ərazilərdə gücləndirilmiş hərbi çağırış tədbirləri həyata keçirir.

Amerikalı analitiklər Kremlin Ukraynanın işğal olunmuş əraziləri üzərində inzibati nəzarəti gücləndirməkdə davam etdiyini və bu ərazilərin birbaşa Rusiyaya birləşdirilməsinə şərait yarada biləcəyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu