2 Dekabr 2014 19:16
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya iqtisadi ittifaqı ərazisində dollar və avro ilə əməliyyatları qadağan etməyə hazırlaşırlar. Hesablaşmalarda yalnız milli valyutalardan istifadəyə keçidin 2025-2030-cu illərdə reallaşdırılması nəzərdə tutulur.

Bunun üçün birliyə daxil olan ölkələrin ümumi ödəniş sahəsinin infrastrukturu yaradılacaq. Milli ödəniş şurasının direktorlar şurasının sədri Aleksandr Murıçev bu təklifin ödəniş sistemlərinin inkişafı konsepsiyası layihəsinə daxil olduğunu deyib. Statistik məlumatlara görə Avrasiya iqtisadi birliyi ölkələri arasındakı qarşılıqlı ödəniş dövriyyəsinin yarıya qədərini xarici valyuta olan dollar və avronun təşkil etdiyini bildirən Murıçev bu halın qurumun müvafiq iqtisadiyyatlardan asılılığını artırdığını qeyd edib.

Federasiya Şurasının da hesablaşmalarda dollar və avrodan imtina etmək ideyasını müsbət qarşıladığı bildirilir.

Xatırladaq ki, Avrasiya iqtisadi ittifaqına Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir


Müəllif:

Oxşar xəbərlər