27 İyul 2022 15:10
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın özəl hərbi şirkəti “Vaqner” ehtimal ki, Donbasdakı Vuqlersıka Elektrik Stansiyası və yaxınlıqdakı Novoluqanske kəndi ətrafında taktiki irəliləyiş əldə edə bilib və bəzi Ukrayna qüvvələri geri çəkilmiş ola bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat hesabatında deyilir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrika turunun da qiymətləndirildiyi hesabatda qeyd olunur ki, Lavrov hazırda Misir, Efiopiya, Uqanda və Konqo Respublikasında turnedədir:

“Rusiya çox güman ki, səfərlərdən istifadə edərək beynəlxalq ərzaq böhranında Qərbi günahlandırmağa və Rusiyanın Ukraynaya təcavüzündə neytral qalan Afrika dövlətlərinin dəstəyini qazanmağa çalışacaq. 2014-cü ildən bəri Rusiya Afrikada öz təsirini təmin etmək üçün əhəmiyyətli səylər göstərib və “Vaqner” tez-tez regionda ən əlverişli təsir vasitələrindən biri kimi yerləşdirilib. Rusiya yəqin ki, ilk növbədə Afrika ilə məşğul olur, çünki o, Rusiyanın can atdığı "Böyük güc" kimliyini inkifaş etdirəcəyinə inanır. İkinci məqsəd çox güman ki, əmtəə güzəştlərini təmin edərək Afrika dövlətlərini Rusiyanın maraqları naminə beynəlxalq forumlarda səs verməyə inandıracaq”.


Müəllif: Nemət