27 İyul 2022 20:14
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli jurnalist, Kanal7-nin Ankaradakı təmsilçisi Mehmet Acet qələmə aldığı yazısında Prezident Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyanın baş naziri Boris Consonun istefası barədə fikirlərinə yer verib.

Teleqraf.com-un məlumatına görə, jurnalist TRT-nin canlı yayımı bitdikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanla söhbət etmək fürsəti olduğunu qeyd edib.

"Məlumdur ki, Madriddə keçirilən NATO sammitindən qısa müddət sonra Avropada iki ölkənin liderləri istefa verdi. Biri Böyük Britaniyanın baş naziri Boris Conson, digəri isə İtaliyanın baş naziri Mario Draqi. Ərdoğan İtaliya baş nazirinin istefası ilə bağlı heç bir mövqe bildirmədi, lakin Consonun istefası onu kədərləndirib", - deyə Mehmet Acet vurğulayıb.

Onun sözlərinə görə, Ərdoğan Consonun istefasına “Bizim üçün yaxşı olmadı, - deyə reaksiya verib.


Müəllif: Teleqraf.com