3 Dekabr 2014 15:28
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Tennessi ştatında məktəbliləri daşıyan iki avtobus toqquşub.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hadisə nəticəsində 3 azyaşlının öldüyünü, 27-sinin isə yaralandığıni bildiriblər. Yaralıların vəziyyətinin ağır olduğu qeyd edilir.

Rəsmilər avtobuslardan birinin ikinci sinifə qədər olan məktəbliləri, digərinin isə üçüncü və beşinci sinif şagirdlərini daşıdığını deyiblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Samir


Müəllif: