1 Avqust 2022 00:09
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran razılaşmaların əldə edilməsi prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaq üzrə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Əli Baqeri Kani deyib.

"Danışıqların tezliklə yekunlaşmasına zəmin yaratmaq üçün qarşı tərəfə öz təklif və ideyalarımızı vermişik", - deyə Baqeri öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, İran “ABŞ-a sazişə qayıtmaq üçün daha bir şans vermək üçün BHFP tərəfdaşları, xüsusən də Avropa İttifaqı koordinatoru ilə sıx əməkdaşlıq edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər