1 Avqust 2022 14:11
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar Suriyanın şimalında mümkün antiterror əməliyyatı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, o, terrorçuların sözügedən istiqamətdə Türkiyəyə tez-tez hücum etdiklərini bildirib.

“2011-ci ildə Suriyada böhran başlayandan sonra ölkəmizin sərhədlərinə müxtəlif hücumlar oldu. Məscidlər bombalandı. Reyhanlıda insanlar həyatını itirdi, heç kim ora gedə bilmədi. Bu gün Təl-Rıfat və Mənbiçdən hərbçilərimizə qarşı hücumlar var. Biz də eyni şəkildə cavab veririk”, - Akar deyib.

Onun sözlərinə görə, bu ilin yanvarından bəri təxminən 2 226 terrorçu zərərsizləşdirilib: “Sərhədlərimizi qorumaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün harada və nə vaxt lazımdırsa, bunu etmişik və edəcəyik”.

Akar ABŞ-ın terror təşkilatlarına dəstəyinə də toxunub, “ABŞ PYD/YPG-dən əl çəkəcəkmi?” sualına belə cavab verib:

“Əl çəkəcək. Terrorla, terrorçularla yaşaya bilməzsən. Onlar bunu nəhayət başa düşəcəklər.

Bu bir aldanmadır, heç bir izahı yoxdur. Amerikalı müttəfiqlərimiz sabah bunu xatırlayanda üzüləcəklər, “Çox böyük səhv etdik” deyəcəklər”.

ABŞ-dan F-16-ların alışı prosesi barədə danışan Akar bu yöndə müsbət gəlişmələrin olduğunu söyləyib:

“Amerika görüş keçirəcək. Prezidentimizin cənab Baydenlə təmaslarında ABŞ administrasiyanın mövqeyinin son dərəcə müsbət olduğunu gördük. Gözləntimiz heç bir şərt olmadan nəticə əldə etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər