İran Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi yüzlərlə qabaqcıl və yeni nəsil uranın zənginləşdirilməsi üçün sentrifuqaların işə salınması və onlara qaz vurulması üçün göstərişlər verildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kamalvəndi bu məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə də məlumat verildiyini bildirib.
O, bu addımın sanksiyaların ləğvi, İranın maraqlarının qorunması və ölkənin ehtiyacı olan həcmdə zənginləşdirmə səviyyəsinə çatdırılması üçün qüvvəyə minmiş “Strateji Fəaliyyət Qanunu”nun icrası istiqamətində atıldığını iddia edib.
Kemalvəndi qeyd edib ki, 500 IR6 sentrifuqasının işə salınması 10-15 gün çəkəcək.
Bu açıqlamanın nüvə fəaliyyətinə görə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün aparılan və bir müddətdir dayandırılmış Vyana danışıqlarının yenidən bərpa edilməsinin gündəmə gəldiyi vaxtda verilməsi diqqət çəkib.