2 Avqust 2022 11:42
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumları davam etdikcə ABŞ-dan Ukraynaya əlavə hərbi yardım gəlir.

Teleqraf.com-un xəbərinə görə, ABŞ Dövlət Departamenti Ukraynanı dəstəkləyəcəyinə dair bəyanat verib.

"Beş aydan artıqdır Rusiyanın amansız və əsassız hücumlarına məruz qalan Ukrayna xalqı öz ölkəsini və azadlığını müdafiə etməklə dünyaya ilham verir", - Departamentin bəyanatında qeyd edilir.

Bildirilir ki, ABŞ-ın 50-dən çox müttəfiqi, tərəfdaşı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

Açıqlamada ABŞ-ın Ukraynaya 550 milyon dollarlıq əlavə hərbi yardım edəcəyi, ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımın məbləğinin isə 8,7 milyard dollara çatdığı bildirilib.

Hərbi yardım paketinə yüksək təsirli artilleriya raket sistemi (HIMARS) və 155 millimetrlik artilleriya sistemləri üçün sursatlar daxildir.


Müəllif: Nemət

Oxşar xəbərlər