ABŞ-ın Kaliforniya ştatında meymun çiçəyi virusuna görə fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xəbər verir ki, Kaliforniya qubernatoru Gavin Nevsom ABŞ-da yoluxma sayının 5800-ü keçdiyini qeyd edərək, peyvənd səylərini dəstəkləmək üçün fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
Bundan əvvəl ən çox yoluxma halı olan Nyu-Yorkda fövqəladə vəziyyət elan edilmişdi.
Cənubi Amerika ölkəsi Peruda meymunçiçəyi virusundan bir nəfər ölüb. Bundan əvvəl İspaniya, Braziliya və Hindistanda meymunçiçəyi xəstəliyindən ölüm halları qeydə alınıb.