Rusiyanın atəşə tutması nəticəsində Ukraynanın Nikolayev şəhərində universitetlərdən birinin yataqxanası və yaşayış binaları zədələnib, mağazada yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasından bildiriblər.
"Nikolayev şəhərinin iki rayonu atəşə tutulub. İlkin məlumata görə, ərazilərdən biri dörd Smerç MLRS raketi, digəri isə səkkiz S-300 raketi ilə atəşə tutulub", - məlumatda deyilir.