3 Avqust 2022 10:32
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovo müstəqil ölkə deyil, beynəlxalq hüquqa əsasən Serbiyanın bir hissəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Bazar günü axşam saatlarında Kosovo ilə yaşanan hadisələrə münasibət bildirən Vuçiç ən pis ssenarinin qarşısının alındığını söyləyib:

“Ən pis ssenarinin qarşısı alındı. Bəziləri Rusiyanın Ukraynaya hücumunu bir fürsət olaraq görmək istəyirlər. Onlar Serbiyanın Rusiyadan asılı olduğunu və Vuçiçi Qərbin reaksiyasını çəkən “kiçik Putin” kimi göstərməyə çalışırlar”.

Vuçiç Kosovo Baş naziri Albin Kurti ilə görüşmək üçün avqustun 18-də Brüsselə gedəcəyini, amma onunla barışmağın mümkün olmadığını bildirib.

Serbiya lideri həmişə sülhü müdafiə etdiyini vurğulayıb:

“Amma kimsə serblərə qarşı sərhədləri keçəndə susmayacağam. Kosovo müstəqil ölkə deyil, ona görə də Kosovoya hücum deyə bir şey ola bilməz. Kosovo beynəlxalq hüquqa əsasən Serbiyanın bir hissəsidir”.

Vuçiç bosniyalılarla da müharibəyə hazırlaşmadıqlarına deyərək, hər kəsə əl uzatdıqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu