İran hakimiyyəti Su-35 qırıcıları müqabilində Rusiyaya pilotsuz təyyarələrin ilk partiyasını göndərə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında deyilir.
Qeyd olunur ki, Tehran Rusiya hərbçilərinə PUA-lardan istifadə üzrə təlim keçmək üçün dronların ilk partiyasını öz mütəxəssislərini Rusiyaya göndərib.
Eyni zamanda, analitiklərin qeyd etdiyi kimi, Rusiya KİV-lərində sanksiyalardan yayınmaq üçün ölkələr arasında “aviasiya əməkdaşlığının” genişləndirilməsi barədə məlumatlar yayılıb.
“Bu doğrudursa, İranın pilotsuz uçuş aparatları müqabilində Rusiyanın Su-35 təyyarələrini ala biləcəyindən xəbər verir. Bu razılaşma Moskva və Tehranın iyulun 26-da imzaladığı müqavilənin bir hissəsi ola bilər”, - ekspertlər deyir.
Müqavilədə İranın Rusiyaya sərnişin reyslərinin həcmini artırması və əlavə olaraq Rusiya təyyarələrini təmir etməsi nəzərdə tutulurdu. ISW hesabatına görə, Tehran bu razılaşmadan Rusiya döyüş təyyarələrinin alınmasını asanlaşdırmaq üçün istifadə etməyə cəhd edə bilər.