5 Avqust 2022 17:26
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlara başlayan Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, o, Moskva və Ankaranın bu ölkədə vəziyyətin sabitləşməsi üçün çox iş gördüyünə diqqət çəkib.

“Əlbəttə ki, biz uzun müddətdir məşğul olduğumuz problemlərdən də danışacağıq. Mən bölgədəki təhlükəsizlik məsələlərini, ilk növbədə Suriya böhranını nəzərdə tuturam. Bu, Türkiyə və Rusiya münasibətlərin normallaşmasına çox böyük töhfə verib. Biz, əlbəttə ki, bu mövzuya da toxunacağıq, bundan yan keçməyəcəyik”, - Putin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər