Yunanıstan Milli Kəşfiyyat İdarəsinin rəhbəri jurnalistin telefon danışıqlarının dinlənilməsi qalmaqalından sonra istefa verib.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin aparatı məlumat yayıb.
"Panagiotis Kontoleon telefon dinləmə prosedurları zamanı aşkar edilən qanunsuzluqdan sonra istefa verib"- baş nazirin ofisi bildirib.
Bu həftənin əvvəlində Kontoleonun ofisinin Yunanıstanda CNN-də işləyən maliyyə müxbiri Thanasis Koukakis və Sosialist Hərəkatı Partiyasının lideri Nikos Androulakisin cib telefonlarına casus proqramı yerləşdirdiyi aşkar edilib.