6 Avqust 2022 10:06
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul boğazında iki gəmi toqquşub.

Teleqraf.com xəbər verir ki, qəzada ölən və yaralanan olmasa da, ləvazimatları gəmiyə yükləyən işçilər iki gəmi arasında qalmaqdan son anda xilas ola biliblər.

Məlumata görə, Marşal Adaları bayrağı altında üzən türk şirkətinə məxsus SSI PROVIDENCE adlı gəmidə ərzağın azalması səbəbindən gəmiyə katerlə ərzaq gətirilib. Həmin əsnada ərazidəki Liberiya bayraqlı “Philipp Oldendorff” gəmisi naməlum səbəbdən SSI PROVIDENCE-yə doğru sürüklənməyə başlayıb.

Gəmiyə ərzaq yükləyən işçilər sürüklənən gəmini görüncə çaşqınlıq içində olsalar da, iki gəmi arasında qalmaqdan son anda xilas olublar.

“Oldendorff” isə qarşıdakı gəmi ilə toqquşduqdan sonra sürüklənməyə davam edib.

Qəzada ölən və yaralanan olmasa da, toqquşan gəmilərdə zərərin həcmi araşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər