ABŞ Federal Təhqiqat Bürosunun agentləri keçmiş prezident Donald Trampın Floridadakı Mar-a-Laqo mülkündə axtarış aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.
"Aidiyyatı dövlət qurumları ilə aparılan iş və əməkdaşlıq fonunda evimdə bu gözlənilməz axtarış lazımi və məqsədəuyğun deyildi", - deyə D.Tramp bildirib.
Keçmiş prezident baş verənləri onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istəməyən radikal sol demokratların hücumu adlandırıb.