9 Avqust 2022 17:39
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Türkiyədən 50 ədəd “Kirpi” zirehli transportyoru alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Artıq iki briqadanın bu texnikalardan istifadə etdiyi bildirilib.

Tezliklə daha 150 eyniadlı texnikanın Ukraynaya çatdırılması gözlənilir.

Kirpi zirehli kabin, dörd gülləkeçirməz pəncərə və amortizator oturacaqlara malikdir.

Minaya və partlayışa davamlı “Kirpi” sürücü və pulemyotçu da daxil olmaqla 13 nəfərə qədər şəxsi heyəti qəbul edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu