Türkiyənin “Baykar” şirkəti Ukraynada inşa olunan zavodunda yeni reaktiv səsdən sürətli pilotsuz uçan aparat (“Kızıl Elma”) istehsal etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.
Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb:
“Ukrayna ilə layihələrlə bağlı uzunmüddətli planlarımız var. “Baykar” orada zavod, tədqiqat mərkəzi və Qabaqcıl İstehsalat Mərkəzinin tikintisinə başlayıb, burada bütün sistemləri istehsal etmək istəyirik”.
O qeyd edib ki, Ukraynadakı zavodda “Bayraktar TB2” və “Akıncı” da istehsal olunacaq.