15 Avqust 2022 12:33
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsi Donetskin Seversk şəhəri yaxınlığında strateji əhəmiyyətli mövqeni tutub".

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov məlumat verib.

“Axmat” xüsusi təyinatlı dəstəsi komandir Əhməd Səydərxanovun (“Kombat) rəhbərliyi altında Seversk yaxınlığında daha bir strateji əhəmiyyətli mövqe tutublar. Əsgərlərimiz düşməni müdafiə xəttindən Kiyevə qayıtmağa məcbur edir”, - Kadırov bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, artıq üçüncü gündür bu istiqamətdə hücum əməliyyatları aparılır: “Bizim tərəfimizdən heç bir itki yoxdur. Hər şey plan üzrə gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu