16 Avqust 2022 09:41
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada döyüşən rusiyayönlü separatçı qüvvələr arasında parçalanma yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, qondarma Luqansk Xalq Respublikasından olan qüvvələr Donetsk vilayətində döyüşləri davam etdirməkdən imtina ediblər. Eyni zamanda, onlar Luqansk ətrafında gedən hücum əməliyyatlarının yorucu tempindən şikayətləniblər.

Donetskdə döyüşməkdən imtina edən separatçı qüvvələrin geri çəkildikləri bildirilir.

Rusiya qüvvələri gün ərzində Slavyanskın şimal-qərbinə bir neçə məhdud quru hücumu həyata keçirib, həmçinin Siverskin şərq və cənub-şərqinə, Baxmutun şimal-şərq və cənub-şərqinə çoxsaylı hücum əməliyyatları reallaşdırıb.

Ruslar Donetskin şimal-qərb, qərb və cənub-qərb istiqamətində hücum əməliyyatlarını davam etdirib və Xarkovdan şimala məhdud quru hücumu həyata keçiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər