Türkiyə müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Ukraynadakı son vəziyyət və taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Akar tərəfindən Türkiyənin indiyə qədər olduğu kimi Ukraynada sülhün bərqərar olması və bu ölkəyə humanitar yardımlarda üzərinə düşəni etməyə davam edəcəyi və dərhal atəşkəsin elan edilməsinin zəruriliyi bir daha vurğulanıb.
Bundan əlavə, taxıl daşınmasındakı müsbət gəlişmələrdən və Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və bu çərçivədə aparılan işlərdən məmnunluq ifadə olunub.