Ukrayna Prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Telefon söhbəti 1 saat 20 dəqiqə davam edib.
Bildirilir ki, prezidentlər danışıqlar zamanı MAQATE missiyasının Zaporojye AES zonasında fəaliyyət şərtlərini müzakirə edib.
Həmçinin, tərəflər Ukrayna taxılının ixracını müzakirə edib və bu kontekstdə taxılın Odessa limanından dəniz yolu ilə ixracını nəzərdə tutan sazişin davam etdirilməsini alqışlayıblar.