17 Avqust 2022 12:55
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada elmi fəaliyyətlə məşğul olan Səlma əş-Şəhab Tvitterdə müxalifləri izlədiyinə və fikirlərini paylaşdığına görə Səudiyyə Ərəbistanında həbs edilib.

Teleqraf.com “The Guardian”a istinadən xəbər verir ki, 34 yaşlı iki uşaq anası Səlma əş-Şəhab ilk dəfə 2020-ci ildə Səudiyyə Ərəbistanına tətilə gəlib.

Ölkəyə gəldikdən sonra aidiyyəti qurumlar tərəfindən dindirilən qadın tvitlərinə görə həbs edilib və mühakimə olunub.

Səlma “ictimai iğtişaşlara səbəb olan, mülki və milli təhlükəsizliyi pozan” vebsaytdan istifadə etdiyinə görə üç il həbs cəzasına məhkum edilib.

Əş-Şəhabın etirazından sonra Apellyasiya Məhkəməsi digər “cinayətlər”in də araşdırılmasını tələb edib və qadına 34 il həbs cəzası verib.

Məhkəmə sənədlərində deyilir ki, Şəhab “ictimai iğtişaş və qeyri-sabitlik axtaranlar”a onların Tvitter hesablarını izləməklə və tvitlərini retvit etməklə kömək edib. Amma qadının sosial şəbəkə hesabları araşdırıldıqdan sonra heç bir tanınmış müxalifi izləmədiyi məlum olub.

İnstaqramda cəmi 159 izləyicisi olan Səlma özünü diş gigiyenası mütəxəssisi, tibb müəllimi, Lids Universitetinin doktorantı, Şahzadə Nur bint Əbdülrəhman Universitetinin müəllimi, həyat yoldaşı və oğul anası kimi təqdim edir. Qadın 2 597 izləyicisi olan Tvitter hesabında mühacirətdə yaşayan səudiyyəli müxaliflərin paylaşımlarını vaxtaşırı retvit edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər